Tanınmış alim VƏFAT ETDİ

Azərbaycanda tanınmış riyaziyyatçı alim Fuad Lətifov vəfat edib.
Redaktor.az xəbər verir ki, bu barədə İqtisadiyyat.az-a onun yaxınları məlumat verib.
Bildirilib ki, F.Lətifov uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Qeyd edək ki, fizika-riyaziyyat elmləri doktoru, professor Fuad Lətifov Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Ali riyaziyyat kafedrasının müdiri vəzifəsində çalışırdı.