Parklanma ilə bağlı nağd ödənişlər QADAĞANDIR

 10:37 19.07.2024     977

İndiyə qədər Bakı şəhəri üzrə 19 minə yaxın nəqliyyat vasitələri üçün parklanma zonaları təşkil olunub.

Redaktor.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov mobillik sahəsində qanunvericiliyin təkmilləşdirilməsinə dair keçirilən brifinqdə bildirib.

Onun sözlərinə sözlərinə görə, parklanmanın təşkili ilə bağlı işlərə ötən ildən başlanılıb və hazırda bu sahədə işlər davam etdirilir:

"Parklanma sahəsində hər ay nizam-intizamin artdığının şahidi oluruq. Qanunsuz parklanma yeri təşkil edən fiziki və hüquqi şəxslərə maliyyə sanksiyaları nəzərdə tutulur. Parklanma ilə bağlı nağd ödənişlər də qanunsuzdur", - deyə o qeyd edib.