Baş nazir bu nazirliyə yeni səlahiyyət VERDİ - QƏRAR

 14:18 19.07.2024     320

"Qeyri-hökumət təşkilatının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası"na dəyişiklik edilib.

Redaktor.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra qeyri-hökumət təşkilatları, o cümlədən, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının Azərbaycandakı filial və yaxud nümayəndəlikləri qrant və ianələr, həmçinin, onlardan istifadə üzrə təfsilatlı illik maliyyə hesabatını hər il aprelin 1-dən gec olmayaraq Ədliyyə Nazirliyinə də təqdim edəcək.

İndiyə qədər bu hesabatlar yalnız Maliyyə Nazirliyinə təqdim edilirdi.