Paytaxtda xırda pul problemi: Satıcılar qəpikləri niyə qəbul etmirlər?

 20:49 21.07.2024     417

Şəhərin mərkəzindəki bir çox mağaza, aptek və köşklərdə 1 ilə 3 qəpiklərlə ödənişdən imtina edirlər. Bəzilərində 5 qəpiklərlə ödənişi də götürmürlər.

Səbəbini soruşanda isə müştərilərin 1, 3 və 5 qəpikləri qəbul etmədiyini bildirirlər.

Redaktor.az xəəbr verir ki, Baku TV mövzu ilə bağlı paytaxt sakinləri arasında sorğu keçirib.

Deyilənlərdən belə aydın olur ki, satıcılarla yanaşı, alıcılar da xırda pul götürmək istəmirlər.

"Satıcının verdiyi xırda pulu götürmürəm. Onu götürüb sonra hara verəcəyəm?", - paytaxt sakini deyib.