“Milli media dövlət maraqlarımızın etibarlı müdafiəçisidir”
“Milli media xalqımızın dostu, dövlət maraqlarımızın etibarlı müdafiəçisidir”.
Redaktor.az xəbər verir ki, bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib.
Polkovnik qeyd edib ki, Azərbaycan mətbuatı xalqımızın və dövlətimizin həyatı üçün bütün kritik məqamlarda əsl fədakarlıq sərgiləyib, anti-Azərbaycan güclərinə qarşı cəsarətlə döyüşüb:
“Qürurvericidir ki, Azərbaycan mediası tarixin bütün həlledici məqamlarında milli maraqlara, dövlətçilik maraqlarına sədaqət sərgiləyib, anti-milli qüvvələrin ifşa edilməsində, dezinformasiyaların və informasiya məkanında törədilən digər txəribatların qarşısının alınmasınmda ciddi aktivlik sərgiləyib. Biz 2020-ci ilin 44 günlük Vətən müharibəsində mediamızın fədaklarlığına bir daha şahid olduq. Müharibə dönəmində milli mediamız Azərbaycan Silahlı Qüvvələri ilə tam bir həmrəylik sərgilədi. Ordumuz hərb meydanında düşmənlə savaşanda, jurnalistlərimiz də media cəbhəsində döyüşür, düşmənin media və sosial mediadakı təxribatlarını uğrula ifşa edirdi. Bu mənada deyə bilərik ki, 8 Noyabr zəfərinin əldə edilməsində mediamızın da rolu böyük və danılmazdır”.
Polkovnik qeyd edib ki, II Şuşa Qlobal Media Forumunda dövlət başçısı da medianın rolunu yüksək qiymətləndirdi:
“II Şuşa Qlobal Media Forumunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də milli mediamızın fəaliyyətini təqdir etdi, jurnalistlərimizin öz peşəsinə sədaqətlə yanaşdığını vurğuladı. Habelə, dövlət başçısı dezinformasiyaların qarşısının alınmasında jurnalistlərimizin xidmətlərini də yüksək qiymətləndirdi.
Ölkə başçısının mediamızın mövcud durumu, peşəkarlığı, hadisə və proseslərə çevik reaksiyası ilə bağlı səsləndirdiyi fikirlər bir daha göstərir ki, Azərbaycan mediası sürətlə inkişaf etməkdə, öz peşəkarlığını artırmaqdadır. Əslində, Prezident İlham Əliyev mediamızla bağlı fikirləri jurnalisltərimizə, onların fəaliyyətinə verilən ən yüksək qiymət hesab oluna bilər.
Jurnalistlərimizin Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının fəaliyyətinin işıqlandırılmasında da böyük rolu var. Jurnalistlər veteranların dostudur.
Mən 22 iyul – Mili Mətbuat Günü ilə bağlı bütün jurnalistlərimizi təbrik edir, onlara öz fəaliyyətlərində uğurlar arzulayıram. Əminəm ki, mediamız bundan sonra da mili maraqlarımızın keşiyində ayıq-sayıq dayanacaq, düşmən qüvvələrin informasiya müstəvisindəki təxribatlarını qətiyyətlə ifşa edəcək”.
Türkan İSGƏNDƏRLİ