Azərbaycanda minimum əməkhaqqı bu tarixdən ARTACAQ

 11:00 22.07.2024     633

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən minimum əmək haqqının artırılması ilə bağlı təkliflər hazırlanır və bu təkliflər noyabrın birinə qədər təqdim olunacaq. Daha sonra hökumətdə müzakirə olunduqdan sonra minimum əmək haqqının artırılması ilə bağlı qərar qəbul ediləcəyi gözlənilir".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, ilkin gözlənti növbəti ilin yanvar ayından etibarən minimum əmək haqqın artması ilə bağlıdır:

"Artım faizinin iki rəqəmli olacağı gözlənilir. Çünki son illər orta aylıq əmək haqqıda iki rəqəmli artım qeydə alınıb. Bu baxımdan biz minimum əmək haqqı artırılan zaman həm 2023 və 2024-cü illərdə normal, orta aylıq əmək artım faizinin nəzərə alınması, eyni zamanda inflyasiyanın bu kontekstdə indeksləşdirilməsini təklif edirik. Çünki praktiki olaraq bu minimum əmək haqqı daha yüksək artımların əldə edilməsinə gətirib çıxara bilər.