Bakının "ayna"sına ləkə düşüb - Avtovağzal niyə baxımsızdır? - FOTO/VİDEO

 14:11 23.07.2024     422

Paytaxt və Sumqayıt sakinlərinin, eləcə də Bakı və rayonlara üz tutanların istifadə etdikləri nəqliyyat-kommunikasiya sistemlərindən biri də Bakı Beynəlxalq Avtovağzal Kompleksidir. Elə bu səbəbdən burda insanların sayı gün ərzində, əsasən də xüsusi günlərdə daha çox olur. Ancaq təəssüflər olsun ki, avtovağzaldan istifadə edən insanlar buradakı baxımsızlıqla üzləşirlər. Belə ki, avtovağzal ərazisindəki şərait heç də ürəkaçan deyil. 

Mövzu ilə bağlı Bakı Beynəlxalq Avtovağzal Kompleksinə yollandıq. Bu vaxt eskalatorların işlək vəziyyətdə olmadığının, pəncərələrin çirkli olduğunun şahidi olduq. Bu da insanların düşüb-qalxmasına çətinlik yaradır, estetikliyi korlayır.

Bundan başqa mərkəzin içindəki sanitar qovşaqlarının ödənişli olması narahatedici məqamlardandır. Bəs görəsən Bakının "ayna"sı sayılan avtovağzal niyə baxımsız vəziyyətdədir?

Məsələ ilə bağlı Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat katibi Rövşən Əliyevlə əlaqə saxlasaq da, o, suallarımıza cavab vermədi.

Problemin aradan qaldırılması üçün hansı işlər aparılacaq və ya olduğu kimi qalacaq? Bunları onlardan gələn cavabdan öyrənəcəyik. Sözü Bakı Beynəlxalq Avtovağzal Kompleksinə ötürürük.

Redaktor.az Bakı Beynəlxalq Avtovağzal Kompleksindən görüntüləri təqdim edir:

Türkan İSGƏNDƏRLİ

222