Sabah bu rayonda elektrik enerjisinin verilməsində fasilə olacaq

Sabah Mingəçevir şəhərinin bəzi hissələrində elektrik enerjisinin verilməsi dayandırılacaq.
Redaktor.az xəbər verir ki, 35/6 kv-luq "Karxana" yarımstansiyasından çıxan 6 kv-luq 18 saylı elektrik hava xəttinə təhlükə törədən ağac budaqlarının budanması məqsədilə sabah saat 10:00-dan 13:00-dək şəhərin 20 Yanvar, M.Maqomayev və digər küçələrdə elektrik enerjisinin verilişində fasilə olacaqdır.
Aidiyyəti idarədən bildirilib ki, işlər başa çatdıqdan sonra elektrik enerjisinin verilməsi bərpa olunacaq.