Bu rayonda işıq OLMAYACAQ - XƏBƏRDARLIQ!

Bu gün Naxçıvan Muxtar Respublikasının Babək rayonun bir sıra kəndlərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq.
Redaktor.az xəbər verir ki, bu barədə muxtar respublikanın Dövlət Energetika Xidmətindən bildirilib.
Bildirilib ki, 110/35 kV XAL-XXAL yarımstansiyasından qidalanan 35 kV Kərimbəyli hava xəttində təmir işləri ilə əlaqədar olaraq 35/10 kV Kərimbəyli yarımstansiyasından qidalanan Babək rayonun Hacıvar, Badaşqan, Yarımca, Kültəpə, Kərimbəyli, Zeynəddin, Sirab, Kalbaoruc, Qaraqala, M.R.Dizə, Qahab, Naxışnərgiz, N.Dizə, Nəhəcir və Göynük kəndlərində saat 13:00-dan saat 14:00-a dək elektrik enerjisinin verilişində fasilələr yaranacaq.