Yollarda təmir işləri nə vaxt yekunlaşacaq? - AÇIQLAMA
Bakıda küçələrin, yolların yenidən salınması, təmiri və bərpası işləri aparılır. Elə COP29-un yaxınlaşması da abadlıq tədbirlərinin aparılmasını intensivləşdirir. Bununla bağlı bəzi yollarda gediş-gəlişin məhdudlaşdırılması sürücülərə və sərnişinlərə çətinlik yaradır.
Bəs görəsən yollarda təmir işləri nə vaxta kimi davam edəcək?
Mövzu ilə bağlı Redaktor.az-a danışan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli işlərin yaxın vaxtda yekunlaşacağını bildirdi.
"Artıq bir çox ərazinin işləri başa çatıb. İşlər mərhələli şəkildə həyata keçirilir. Yəni yolun bir hissəsi tam təmir edildikdən sonra digər hissəyə keçirilir. Bunda məqsəd sıxlığın olmaması, gediş-gəlişin çətinləşdirilməməsidir. İşlərin məktəbə qədər, yəni sentyabrda başa çatması gözlənilir".
Anar Nəcəfli bundan sonra digər ərazilərdə də bərpa işlərinin aparılacağını qeyd etdi.
Türkan İSGƏNDƏRLİ