Xocalıya daha 50 ailə köçürüləcək - Deputatdan AÇIQLAMA
Xocalı sakinləri 32 ildən sonra öz yurdlarına qayıdır. Bundan öncə Xocalıya köçürülən ailələr yeni tikilən evlərdə məskunlaşıblar.
Bəs bundan sonra neçə ailə Xocalıya köç edəcək?
Mövzu ilə bağlı Redaktor.az-a Xocalını Milli Məclisdə təmsil edən deputat Elman Məmmədovun sözlərinə görə, Xocalıda ailələrin yaşayış şəraitinin yaxşılaşıdırılması məqsədilə abadlıq, təmir-tikinti işləri davam etdirilir:
"Xocalıya bu ilin fevralından başlayaraq bir neçə dəfə köç olub və davam edir. Hazırda Xocalıya ilk 44 ailə köçürüləndən sonra yenə 50 ailənin köçürüləcəyi gözlənilir. Doğma yurda qayıdan Xocalı şəhəri sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunur".
Elman Məmmədov Xocalıda öz evlərinin tikintisinin davam etdiyini, ata-baba yurdlarına köçəcəklərini də bildirdi.
Qeyd edək ki, Xocalı şəhərinin 8400, Xocalı rayonun 17000 min əhalisi var.
Türkan İSGƏNDƏRLİ