Bu yolda sürətli həddi endirildi

Zığ dairəsi – Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Redaktor.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
“Hazırda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar olaraq DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən Zığ dairəsi – Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Eyni zamanda bütün məlumat sürət tablolarında “sürüşkən yol” işarəsi qoyulub”, - məlumatda qeyd olunub.