Bu ərazilərdə qaz OLMAYACAQ

 09:14 31.07.2024     358

“Lökbatan” QPS-də və Binəqədi rayonundakı Ayna Sultanova ölçü qovşağında 31.07.2024-cü il tarixdə saat 10:00-dan etibarən təmir-bərpa işləri aparılacaq.

"Azəriqaz"dan Redaktor.az-a verilən məlumata görə, işlər yekunlaşanadək Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu Park yaşayış kompleksində və bir sıra qeyri-yaşayış sahələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Məlumata görə, bununla bərabər Binəqədi rayonunun Atatürk, Ziya Bünyatov prospekti və Səttar Bəhlulzadə, Naxçıvani küçələrinin də qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Vumart və Güvən reklamı Vumart Güvən