2 və 205 nömrəli avtobuslar niyə GECİKİR?

 17:18 01.08.2024     731

"BakuBus" avtobuslarının gecikməsi ilə bağlı şikayətlər son zamanlarda xeyli artıb. Xüsusilə 2 və 205 nömrəli avtobus xətlərinin əsasən səhər saat 9-10 aralığında hətta 30-40 dəqiqəyəcən gecikməsi müşahidə olunur.

Məsələ ilə bağlı “Baku Bus” MMC-nin mətbuat katibi Əsmər Əliyeva Redaktor.az-ın sorğusuna cavab olaraq bildirdi ki, qeyd olunan marşrut xətləri marşrut pasportlarında göstərilən sayda avtobuslarla təmin edilir:

"Mümkün gecikmə hallarının səbəbi 2 nömrəli marşrut xətti üzrə Albert Aqarunov və Əhməd Rəcəbli küçələrinin kəsişməsində, 205 nömrəli marşrut xətti üzrə Yeni Salyan şosesində aparılan təmir işləri ilə bağlıdır və müvəqqəti xarakter daşıyır".

Sevinc İBRAHİMZADƏ

 

Vumart və Güvən reklamı Vumart Güvən