Goranboy icra başçısının müavini işdən ÇIXARILDI

 15:28 02.08.2024     851

Goranboy rayon icra hakimiyyəti başçısının müavini vəzifəsindən azad edilib

Redaktor.az xəbər verir ki, Goranboy rayon icra hakimiyyəti başçısının müavini Şamxal Həsənov tutduğu vəzifədən azad olunub.

Məlumata görə, Ş.Həsənov işdən azad olunana qədər icra başçısının müavini – İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsini tuturdu.

Onun yerinə hələ ki yeni təyinat həyata keçirilməyib (report).