Bu institut Özbəkistanın iki qurumu ilə memorandum İMZALADI

 10:42 02.08.2024     109

Avqustun 2-də İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə ölkəmizdə səfərdə olan Özbəkistan Respublikası Elmlər Akademiyasının Dövlət və Hüquq İnstitutunun rəhbəri Murodjon Turqunovu və Milli İnsan Hüquqları Mərkəzinin direktor müavini Mirzatillo Tillabayevi qəbul edib.

Redaktor.az xəbər verir ki, görüşdə qonaqları İnstitutun fəaliyyəti ilə tanış edən M.Quluzadə yeni yaradılmış "Hüquq və insan haqları virtual kitabxanası", "Hüquqşünas alimlərə dair vahid məlumat bazası", "Rəqəmsal insan hüquqları resurs xəritəsi", "Praktikaya aid siqnallar sorğusu (PASS) platforması" barədə təfərrüatlı məlumat verib. İdarə Heyətinin sədri eyni zamanda İnstitutun həm dövlət qurumlarının əməkdaşları həm də geniş əhali üçün insan hüquqları sahəsində keçirdiyi maarifləndirici tədbirlər və silsilə təlimlərin əhəmiyyəti barədə söhbət açıb.

Görüşün sonunda Hüquq və İnsan Haqları İnstitutu ilə Özbəkistan Respublikası Elmlər Akademiyasının Dövlət və Hüquq İnstitutu və Milli İnsan Hüquqları Mərkəzi arasında ikitərəfli əməkdaşlıq memorandumları imzalanıb.

 

22