2 uşaq atasının sağalmaq üçün köməyinizə EHTİYACI VAR

 13:30 13.08.2024     4189

2 uşaq atası olan Aqil Bədəlovun sağlamlığına qovuşması üçün dəstəyə ehtiyacı var.

Bu barədə Redaktor.az-a onun həyat yoldaşı Aytən Bədəlova məlumat verib.

O, bildirib ki, həyat yoldaşı, Masallı rayonu Hişkədərə kənd sakini Bədəlov Aqil Novruzəli oğlu 6 ildir ki, parkinson xəstəliyindən əziyyət çəkir:

"Yoldaşımın 37 yaşı var. Həkimlər deyiblər ki, beyin pil əməliyyatı olunmalıdır. Bakıda bu əməliyyatı "Liv Bona Dea" hosbitalda 38 min manata edirlər. Bizim sadəcə 8 min manatımız var. Bizim üçün, əslində, xəstəxananın heç bir fərqi yoxdur. Əsas odur ki, yoldaşım əməliyyat olunub sağalsın. Kasıb ailəyik, hər yerə müraciət etmişik, ancaq kömək edən olmayıb".

A.Bədəlova yoldaşının müalicəsi üçün yardımsevərlərdən kömək istəyib:

"İki balaca övladım var, onları atasız qoymayın. Yoldaşım əməliyyat olunarsa, beyninə pil yerləşdirilərsə, həkimlər 70-80 faiz sağalacağını deyiblər".

Ailəyə yardım və dəstək üçün qeyd edilən nömrə ilə əlaqə saxlaya bilərsiniz: 055 691 11 46

Kapital bank: 4169 7387 3329 8230

Sevinc İBRAHİMZADƏ

222222