DYP müraciət yaydı

 18:59 13.08.2024     292

Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət edib.

Redaktor.az-ın məlumatına görə, müraciətdə deyilir ki, yol qəzalarında ağır nəticələrə səbəb olan hallardan biri də sürücülərin hava və yol şəraitini, nəqliyyatın hərəkət şiddətini, məhdudiyyətli görünməni, sutkanın işıqlı, yaxud qaranlıq olmasının fərqinə varmadan nəqliyyat vasitəsini yolun hərəkət hissəsində saxlamasıdır. Bu səbəbdən məhz yolun hərəkət hissəsində avtomobildən düşməyə məcbur olan sürücü, təəssüf ki, özü ilə yanaşı sərnişinləri və digər hərəkət iştirakçılarını təhlükəyə atmış olur.

Baş Dövlət Yol Polisi İdarəsi göstərilən səbəblərdən dəfələrlə ağır-yol nəqliyyat hadisələrinin baş verdiyini əhalinin diqqətə çatdırır və bir daha hərəkət iştirakçılarına müraciət edərək nəqliyyat vasitələrinə minib-düşərkən, eləcə də nəqliyyat vasitələrinin yolun hərəkət hissəsində dayanması və ya durması hallarında qanunla tələb olunan qaydalara əməl etməyi, özlərinin və başqalarının həyat və sağlamlığına etinasız yanaşmamağı xahiş edir.