Maşın ustasından avtomobili saatlarla günəş altında saxlayanlara XƏBƏRDARLIQ

 19:39 14.08.2024     434

Günəşin altında qalan avtomobil bir neçə saat ərzində sanki qaynar sobaya bənzəyir. Bu isə avtomobilə kifayət qədər ziyan verə bilir ki, bu da sürücünün cibini "yandırır".

Avtomobil ustası Sahil Ağabəyli Redaktor.az-a açıqlamasında saatlarla günəş altında qalan avtomobildə yaranan fəsadlardan danışdı.

O bildirdi ki, avtomobili günəşin altında saxlamaq ön və arxa faraların bozarmasına, avtomobilin boyasına, avtomobil içərisində olan hər hansı bir plastik maddələrin əriməsinə, hətta içəridə əgər şüşə butulka varsa və ona günəş şüası vurarsa, avtomobilin içərisində yanğına belə səbəb ola bilər:

Məşhur “Sahil usta” karantinə alındı

"Günəşin ilk növbədə ən çox fəsad yaratdığı boyalar və  plastik maddələrdir. Günəş həmçinin yanacaq çəninin qazlanmasına, hətta yanacağın uçmasına da səbəb ola bilər. O cümlədən mümkün olduğu qədər avtomobilləri kölgəlik yerlərdə saxlamaq lazımdır və yaxud avtomobillərin üstünü çadırlarla örtmək tövsiyə olunur. Əgər axşama qədər avtomobil yerindən tərpənməz vəziyyətdə olarsa, səhər-səhər günəşin çıxışına avtomobilin ön tərəfini ora tərəf vermək lazımdır. Günəş günortadan sonra avtomobilin arxa nahiyəsinə vursa, bunun fəsadı nisbətən az ola bilər".

Sevinc İBRAHİMZADƏ