Nazirin vətəndaş qəbulunun vaxtı dəyişdirildi

 10:20 16.08.2024     311

Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun avqustun 23-də Goranboy rayonunda keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib.

Redaktor.az nazirliyə istinadən xəbər verir ki, qəbulun keçiriləcəyi tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Vətəndaşlar əlavə məlumat almaq üçün qurumun Çağrı Mərkəzi (1652) ilə əlaqə saxlaya bilərlər.