NİİM-dən "Jurnalistlər binası"nın qarşısındakı işıqforla bağlı AÇIQLAMA

 12:23 16.08.2024     930

Səbail rayonu, Yeni Salyan yolu-20 ünvanında (jurnalistlər üçün inşa edilmiş binaların yaxınlığında) yolda olan işıqforun işləməsi ilə bağlı bəzi hallarda texniki problem yaranır.

Redaktor.az-ın məlumatına görə, DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin Mətbuat xidmətinin rəhbəri Ömər Xıdırov bildirib ki, problemin yaranmasına səbəb işıqforun özündə yox, ona verilən elektrik mənbəyi ilə bağlıdır.

"Belə ki, bir neçə ilə əvvəl binada yaşayan sakinlərin müraciəti əsasında yola işıqfor qoyulub. Həmin vaxt ərazidə mövcud infrastruktur (eleketrik xətti) olmadığından işıqfora binanın ümumi elektrik xəttindən enerji verilməsi təmin edilib. Hazırda binanın həyətində olan mövcud işıqlanma sistemində bəzi hallarda qısaqapanmaların olması ümumi elektrik mənbəyi xəttinə təsir göstərir və bu səbəbdən yolda olan işıqforın işində problem yaranır. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən binanın elektrik mənbəyində olan problemin aradan qaldırılması, ümumilikdə alternativ olaraq elektrik xəttinin çəkilməsi istiqamətində işlər görülür. İşlərin qısa müddətdə tamamlanması nəzərdə tutulub", - deyə NİİM sözçüsü bildirib.

Qeyd edək ki, daha əvvəl saytımızda sözügedən ünvanda işıqforun işləməməsi ilə bağlı məlumat vermişdik.

Sevinc İBRAHİMZADƏ

2