"Problemlər bəzən natamamlıq ucbatından yarımçıq qalırdı..." - Ekspert Prezidentin yeni fərmanının əhəmiyyətindən DANIŞDI

 16:58 16.08.2024     395

Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyevin imzaladığı fərmanla Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə yeni səlahiyyətlər verilib. 

Nəqliyyat eksperti Yasin Mustafayev Redaktor.az-a açıqlamasında sözügedən fərmanın əhəmiyyətindən danışdı. Onun sözlərinə görə, nəqliyyat sterasında olan problemlər bəzən natamamlıq ucbatından yarımçıq qalırdı, layihəni biri təsdiqləyirdi, tikintini başqası icra edirdi, həmçinin həllini tapmalı olan məsələlərdə təkliflər, planlaşdırmalar fərqli-fərqli qurumlar tərəfindən həyata keçirilirdi:

"Belə olduqda arada rabitə itirdi, boşluq yaranırdı, bir çox çətinliklər yaranırdı. İndi bütün səlahiyyətlərin nazirliyə verilməsi bu kimi məsələlərin kökündən həll edilməsi deməkdir. Bunlar əvvəllər nazirliyin tərkibində olan qurumlarda idisə, artıq təkliflərin verilməsi, layihələrin hazırlanması, təsdiqlənməsi birbaşa nazirlik tərəfindən həyata keçiriləcək".

O  qeyd etdi ki, bu fərmanın verilməsi gözlənilən idi və məsələlərin tək əldə cəmlənməsi məsuliyyətdən yayınmaq, digər qurumun üzərinə yıxmaq kimi halların aradan qaldırılması istiqamətində ciddi rol oynayacaq.

Sevinc İBRAHİMZADƏ