Azərbaycanlıların ən çox getdiyi ölkələr - SİYAHI

 15:26 17.08.2024     327

Ötən ilin yanvar-iyul ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 23,1 faiz artaraq 1223,0 min nəfər olub.

Redaktor.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, İrana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 37,8 faiz, Türkiyəyə gedənlərin sayı 19,3 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 16,2 faiz, Gürcüstana gedənlərin sayı 15,9 faiz artıb.

Azərbaycan Respublikası vətəndaşlarının 503 min 876 nəfəri Türkiyəyə, 261 min 722 nəfəri Rusiya Federasiyasına, 106 min 401 nəfəri Gürcüstana, 105 min 178 nəfəri İrana, 245 min 823 nəfəri digər ölkələrə səfər edib. Gedənlərin 65 faizini kişilər, 35 faizini qadınlar təşkil edib.

Cari ilin yanvar-iyul aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 68,9 faizi hava, 28,9 faizi dəmir yolu və avtomobil, 2,2 faizi isə dəniz nəqliyyatından istifadə edib.