Deputatlığa namizəd Qaya Məmmədov ən yaşlı seçicisi ilə görüşdü - FOTO

 15:07 20.08.2024     371

31 saylı Suraxanı II seçki dairəsindən deputatlığa namizəd Qaya Məmmədov seçki dairəsinin ən yaşlı seçicisi, 1927-ci ildə Qərbi Azərbaycanın Qarakilsə rayonunun Gözəldərə kəndində anadan olmuş Çiçək Əliyevanı evində ziyarət edib.

Redaktor.az xəbər verir ki, bu barədə o, özünün feysbuk hesabında paylaşım edib.

"II Dünya Müharibəsinin ağrı-acısının, doğma kəndindən qaçqın düşməyin çətinliyinin öhdəsindən gəlmiş, əmək veteranı Çiçək nənə beş övlad böyütmüşdür. Çiçək nənə əvvəlki seçkilərdə olduğu kimi, qarşıdan gələn parlament seçkilərində də səs verəcəyini bildirdi.

Doğma Gözəldərənin həsrəti ilə yaşadığını qeyd edən Çiçək nənə, öz yurduna qayıdacaqlarına tam inandığını bildirdi. Çiçək nənənin mətanəti bizim üçün ilham mənbəyidir", - deyə Q.Məmmədov yazıb.

22