Afət Həsənova Bülbülədə seçiciləri ilə görüşdü - FOTO

 19:43 20.08.2024     507

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 32 saylı Suraxanı üçüncü seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Həsənova Afət Əbil qızının Bakı şəhər Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Nəriman Nərimanov küçəsində  seçicilərlə görüşü keçirilib.

Görüşdə seçiciləri narahat edən müxtəlif məsələləri dinləyən və aydınlıq gətirən deputatlığa namizəd Afət Həsənova qeyd edib ki, yenidən etimad göstərilsə, fəaliyyəti dövründə yarım qalmış işlərin və qaldırılan yeni problemlərin öz həllini tapması istiqamətində əlindən gələni əsirgəməyəcək.

O, həmçinin bildirib ki, rayonun qəsəbələrində olan problemləri hər zaman olduğu kimi daim diqqətdə saxlayacaq, mütəmadi olaraq sakinlərlə görüşlər, qəbullar keçirərək şikayətlərini öyrənəcək və seçicilərinin etimadını yenidən doğruldacaq.

Afət Həsənova, həmçinin çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və layiqli namizədə səs verməyə çağırıb. 
Görüşdə iştirak edən sakinlər çıxış edərək fəaliyəti dövründə vətəndaşların yanında olduğuna görə namizədə öz minnətdarlıqlarını bildirmiş, təklif və müraciətlərini səsləndirmişdilər. 

Həmçinin çıxış edən seçicilər 1 sentyabr seçkilərində yenidən Afət Həsənovaya etimad göstərərək səs verəcəklərini vurğulayıblar.

222