Azərbaycanda meymunçiçəyinin ölkəyə daxil olmasının qarşısını almaq üçün nəzarət gücləndirilir

 00:19 21.08.2024     246

Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) meymunçiçəyi virusunun yayılmasının qarşısının alınması məqsədilə hava limanlarında və dövlət sərhədindən keçən digər buraxılış məntəqələrində nəzarəti gücləndirib.

Redaktor.az xəbər verir ki, bu barədə idarənin məlumatında deyilir.

“Ümumdünya Səhiyyə Təşkilatının məlumatları əsasında virusun yayılma riski olan ölkələr müəyyən edilib və bu ölkələrdən gələn sərnişinlərə xüsusi diqqət yetirilir”, - Dövlət Gömrük Komitəsinin saytında yerləşdirilən məlumatda qeyd olunur.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, komitənin Tibb Xidməti İdarəsi tərəfindən gömrük əməkdaşları üçün xüsusilə təhlükəli infeksiyalar üzrə mütəmadi olaraq treninqlər keçirilir. “Son vaxtlar meymunçiçəyi xəstəliyinin kliniki simptomlarına, yoluxma yollarına və qarşısının alınmasına daha çox diqqət yetirilir, hava limanlarında və dövlət sərhədindən keçən digər buraxılış məntəqələrində yüksək hərarətli sərnişinlərin müəyyən edilməsi üçün mövcud texniki imkanlardan istifadə edilir”.

Azərbaycan Səhiyyə Nazirliyindən verilən məlumata görə, ölkədə meymunçiçəyinə yoluxma halı qeydə alınmayıb. Səhiyyə Nazirliyinin mütəxəssisi, infeksionist Təyyar Eyvazov deyib: “Aidiyyəti qurumlar infeksiyanın yayılmasının qarşısını almaq üçün bütün qabaqlayıcı tədbirləri həyata keçirir. Onun sözlərinə görə, meymun xəstəliyinin laborator diaqnostikası üçün analizlər və lazımi dərman preparatları respublikaya gətirilib.

Qeyd edək ki, meymunçiçəyi nadir virus xəstəliyidir, onun simptomları qızdırma, intoksikasiya, böyüdülmüş limfa düyünləri və ləkələr şəklində səpgilər, sonra açılan zaman xoralar əmələ gətirən blisterlərin əmələ gəlməsidir. Yoluxucu xəstəlik spontan sağalma ilə iki-dörd həftə davam edir, lakin ölümcül nəticə ilə xəstəliyin ağır halları baş verir.

Redaktor.az