Gədəbəylilər yeni deputatını seçməyə hazırlaşır - FOTO

 18:37 21.08.2024     318

104 saylı Gədəbəy seçki dairəsindən deputatlığa namizəd Əziz Əliyev (Əlibəyli) seçicilərlə görüş keçirib.

Redaktor.az xəbər verir ki, Novoivanovka kəndində görüşə başlayan namizədin platforması ictimaiyyət tərəfindən çox geniş və böyük maraqla qəbul edilib.

Namizədin nümayəndəsi Ayxan İsgəndərzadə giriş nitqində namizəd haqqında geniş məlumat verərək bildirib ki, o qalib kursun təbliğatçısı kimi bölgə insanına onun maraqlarının müdafiəsinə yönəlik proqramla görüşə gəlib.

Daha sonra deputatlığa namizəd Əziz Əliyev bildirib ki, İvanovka kəndi Azərbaycanın tarixi kəndlərindən biridir. Bura keçmişə aid kurqan izləri, kilsələri ilə zəngindir, həm də 1852-ci ildən etibarən burada rus ailələri, molokanlar məskunlaşıb. Molokanlar Azərbaycanın maddi-mədəni və mənəvi irsinin zənginləşməsində, ruslara aid mədəni irsin ölkəmizdə yaşadılmasında spesifik olaraq iştirak edib. Azərbaycan son 30 illik müstəqillik dövründə multikulturalizmi dövlət siyasəti elan edib və multikultural baxışların müdafiəsi üçün, eləcə də Ermənistanın həyata keçirdiyi işğal siyasətinin atributlarından olan xristian irsinin mənimsənilməsinə dair propoqandaya zərbə vurmaq üçün multikultural yanaşmalardan və ölkəmizdəki xristianlardan, rus vətəndaşlardan milli maraqlar naminə faydalanıb. Azərbaycanda multikultural mənzərənin formalaşmasında İvanovka mühüm rol oynayıb. Həm də İvanovka kəndinin abidələri bölgənin xristianlıq abidələrinin erməniləşdirilməsinə qarşı da güclü bir cavab kimi çıxış edib. İvanovka kənd sakinlərinin böyük bir hissəsi Qərbi Azərbaycandan gəlib və Vətən müharibəsi fonunda Cənab Prezidentin başlatdığı Qərbi Azərbaycana Qayıdış ideologiyası İvanovka kəndi sakinləri tərəfindən böyük şəkildə dəstəklənir. Onların amalı dağın o biri tərəfinə, Göyçə mahalına getməkdir. Həm də namizəd onu da qeyd edib ki, Gədəbəyin ucqarları, o cümlədən İvanovka kəndi böyük inkişaf yolu keçib, yol örtüyünün asfaltlaşdırılması, mavi qaz təchizatı, o cümlədən informasiya kommunikasiya təchizatı sahəsində yeni xəttlərin çəkilişi vətəndaşlara həm də informasiya müharibəsində iştirak etməyə şərait yaradıb.

Namizəd əlavə edib ki, onun platformasında yer alan əsas tezislərə həm də aşağıdakılar daxildir:

- O, Gədəbəy insanlarının gündəlik məşguliyyətinin ənənəvi sahələri sayılan kartofçuluq və heyvandarlığın taleyi ilə bağlı qayğıları bölüşüb. Dövlət proqramının olması və insanların öz həyatlarını bu sahələrdə qura bilməsi onların maliyyə təminatında böyük rol oynayacaq və deputatlığa namizədin onların səsi olması bu baxımdan mühüm rola malikdir.

- İkincisi, bölgənin insanlarının hüquqlarının təminatı dövlətin diqqətindədir və namizəd olan şəxsin də daima diqqətində olacaqdır.

- Üçüncüsü, dövlət adına, qanunvericilik hakimiyyəti adına təmsilçi həmişə əlçatımlı olmalıdır. Namizəd onu da açıqlayıb ki, onların keçdiyi yol, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Orucun, həm də Media və Kommunikasiya departamentinin rəhbəri olaraq özünün təbliğatında əsas götürdüyü sadəcə seçki periodu deyil. Ümumilikdə namizəd xalqın xidmətində dayanmağı və daimi əlçatımlı olmağı əsas rol götürüb və həyat ideyası seçib.

Namizəd onu da açıqlayıb ki, qalib ölkənin cənab Prezidentinin başlatdığı siyasətin tətbiqi bölgələrdə öz əksini tapmalıdır və bunun üçün də qalib dövlətin qalib kursu bölgələrdə qalib gəlməlidir. Bu, insanların yaşayışında, dövlətə sıx bağlılığında, dövlətə daha rentabelli xidmət göstərməkdə öz əksini tapmalıdır. Dövlət o qədər güclüdür ki, onun qalibiyyəti insanların məişətində, həyatında öz əksini tapmalıdır. Buna qədərki hissədə xalqla işləməyən, onlara kəc baxan məmurların aqibəti məlumdur. Nə qədər insan korrupsiya və digər bəd əməllərinə görə həbsdədir. Amma vətəndaşın kiçik arzusu daima həllini tapa biləcək qəbildəndir. Bu baxımdan dövlət o problemlərin də üzərində qalib olub onları həll edə biləcək gücdədir. Bu, bölgələrdə tətbiq olunur və indi isə daha da yaxşı tətbiq olunmalıdır. Və önəmli bir tezis də ondan ibarətdir ki, dövlət bölgələrin inkişafı üçün büdcə ayırır, amma bölgə dağlıq bölgədir və təbii fəlakətlər tez-tez baş verir. Gərək elə sistematik forma olsun və həyata keçirilsin ki, bu, vətəndaşların həyatında çətinliklər yox, asanlıq yaratsın.

Namizəd onu da vurğulayıb ki, o, xalqa vəkil olmaq deyil, xalqı özünün vəkili etmək baxışını ortaya qoyan insandır.

Sonda “Səsiniz Əziz olsun!” şüarı ətrafında sıx birləşən ictimaiyyət nümayəndələrinin bəziləri dəstək ifadə ediblər və hamı adından ölkə prezidentinin qalib kursuna dəstək verəcəklərini bildiriblər.

222222