Gülşən Paşayeva seçicilərlə məhəllə görüşü keçirdi - FOTO

 21:44 21.08.2024     618

Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat kampaniyası çərçivəsində avqustun 21-də 13 saylı Xəzər ikinci seçki dairəsi üzrə bitərəf namizədliyini irəli sürmüş Gülşən Paşayevanın seçicilərlə məhəllə görüşü keçirilib.

Görüş Qala qəsəbəsi və Xaşa-xuna bağ massivi əraizisində keçirilmişdir. Sakinlər ərazifə mövcud olan problemləri və bir sıra ehtiyacları haqqında danışmışlar.

Daha sonra namizəd seçiciləri öz platforması ilə tanış edib və onları narahat edən məsələlər haqqında fikir mübadiləsi aparıb.

Ərazidə seçicilərə təbliğat vasitələri paylanılıb. Seçicilərin seçkidə iştirakı ilə bağlı təşviq istiqamətində söhbət açılıb, seçkidə iştirak etməyin vacibliyi vurğulanıb.

Sonda görüş iştirakçıları namizədə təşəkkür edib və gələcəkdə deputat seçildikdən sonra da onun vaxtaşırı belə görışlərin keçirilməsini arzulayıblar.

Qeyd edək ki, təşviqat kampaniyası çərçivəsində müstəqil namizədin müxtəlif ərazilərdə lokal və məhəllə görüşlərinin keçirilməsi planlaşdırılır.

2222