Gülşən Paşayevanın seçicilərlə növbəti görüşü keçirildi - FOTO

 18:15 23.08.2024     450

Avqustun 23-də 13 saylı Xəzər ikinci seçki dairəsi üzrə bitərəf namizəd Gülşən Paşayevanın seçiciləri ilə növbəti görüşü keçirilib. Görüş Binə Mədəniyyət mərkəzində baş tutub. 

Görüşdə deputatlığa namizəd Gülşən Paşayevanın vəkili Ramin Quliyev, Beynəlxalq Rabitə Akademiyasının Azərbaycan bölməsinin prezidenti, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İctimai Şurasının sədri, texnika elmləri üzrə fəsəfə doktoru, akademik Siruz Abasbəyli, "Hidroloq" şirkətinin rəhbəri, texnika elmləri doktoru, əməkdar mühəndis Əhməd Məmmədov, Binə və Qala qəsəbələrində yaşayan sakinlər iştirak ediblər.

Görüşü giriş sözü ilə açan vəkil Ramin Quliyev Gülşən Paşayevanın tərcümeyi-halı və fəaliyyəti haqqında iştirakçılara ətraflı məlumat verib, onun Vətən müharibəsi dövründə aparılmış informasiya mübarizəsində fəal iştirakından bəhs edib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyin İctimai Şurasının sədri Siruz Abasbəyli rabitənin inkişafı istiqamətində görülən tədbirlərdən, ulu öndər Heydər Əliyevin rabitə sahəsindəki rolundan bəhs edib.O qeyd edib ki, Azərbaycan güclü rabitə sisteminə və sürətli internet şəbəkəsinə malikdir.Sirus Abasbəyli eləcə də nəqliyyat məsələlərinə toxunaraq, onun qlobal problem olduğunu qeyd edib və bu istiqamətdə ölkəmizdə yaxın dörd il ərzində bir sıra tədbirlərin görüləcəyini diqqətə çatdırıb.  

"Hidroloq" şirkətinin rəhbəri Əhməd Məmmədov isə öz çıxışında su təchizatı ilə bağlı problemlər və onların həlli üsullarından danışıb.

Namizəd Gülşən Paşayeva öz çıxışında iştirakçıları seçki platforması ilə tanış edib və millət vəkili seçiləcəyi təqdirdə infrastrukturun, nəqliyyatın, kommunal, rabitə və internet xidmətlərinin təkmilləşdirilməsi istiqamətində aidiyyəti qurumlara sorğularla müraciət edəcəyini bildirib.

Görüşün sonunda təşkil edilmiş sual-cavab sessiyasında yol, nəqliyyat, su və kanalizasiya sahələri üzrə seçiciləri narahat edən müxtəlif məsələlər ətrafında müzakirələr aparılib, suallar cavanlandırılıb və qaldırılan problemlər namizəd Gülşən Paşayeva tərəfindən qeydə alınıb.

Təşviqat kampaniyası çərçivəsində bitərəf namizədin Binə və Qala qəsəbəsində görüşləri davam edəcəkdir.

22222