Bəhruz Səmədov HƏBS OLUNDU

 19:07 23.08.2024     202

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan gənc politoloq Bəhruz Səmədov cinayət məsuliyyətinə cəlb edilib.

Redaktor.az xəbər verir ki, bu barədə “Qafqazinfo” ya onun vəkili Zibeydə Sadıqova məlumat verib. Vəkil deyib ki, müvəkkilinə qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham elan edilib.

Səbail Rayon Məhkəməsinin qərarı ilə B.Səmədov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.