YAP növbəti dəfə möhtəşəm qələbə qazanmaq əzmindədir

 13:30 24.08.2024     261


2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat - təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 32 saylı Suraxanı üçüncü seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Həsənova Afət Əbil qızının Bakı şəhər Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov və Cəlal Qurbanov küçələrində seçicilərlə görüşü keçirilib.

Redaktor.az xəbər verir ki, görüşü giriş sözü ilə açan namizədin vəkili Seymur Şeydayev Yeni Azərbaycan Partiyasıın seçkilərə yüksək səviyyədə hazırlaşdığını vurğulayaraq YAP-ın bu dəfə də möhtəşəm qələbə qazanacağına inamını ifadə edib.  O, deputatlığa namizəd Afət Həsənova haqqında seçicilərə məlumat verib.

Çıxış edən deputatlığa namizəd Afət Həsənova əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ötən illər ərzində Azərbaycanın keçdiyi böyük inkişaf yolu, ölkəmizin qarşısında duran yeni perspektivlər barədə seçicilərə məlumat verib.
Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunmasının ən mühüm məqam olduğunu qeyd edən deputatlığa namizəd, həmçinin budəfəki parlament seçkilərinin ilk dəfə olaraq ölkəmizin bütün ərazilərində keçirilməsi ilə əlamətdar olduğunu vurğulayıb.

Görüşdə seçiciləri narahat edən müxtəlif məsələləri dinləyən və aydınlıq gətirən Afət Həsənova qeyd edib ki, yenidən etimad göstərilsə, fəaliyyəti dövründə yarım qalmış işlərin və qaldırılan yeni problemlərin öz həllini tapması istiqamətində əlindən gələni əsirgəməyəcək.

Seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və layiqli namizədə səs verməyə çağıran Afət Həsənova bildirib ki, rayonun qəsəbələrində olan problemləri hər zaman olduğu kimi daim diqqətdə saxlayacaq, mütəmadi olaraq sakinlərlə görüşlər, qəbullar keçirərək şikayətlərini öyrənəcək və seçicilərinin etimadını yenidən doğruldacaq.

Görüşdə iştirak edən sakinlər çıxış edərək onların səsləndirdiyi təklif və müraciətlərə isti yanaşdığı üçün namizədə öz minnətdarlıqlarını bildirmiş, 1 sentyabr seçkilərində Afət Həsənovaya etimad göstərərək səs verəcəklərini vurğulamışlar.

222222