COP29 zamanı media faktlara əsaslanan düzgün məlumatlar yaymalıdır - KOMMUNİKASİYA QRUPUNUN ÜZVÜ

 19:28 24.08.2024     325

Bu ilin noyabr ayında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP29) zamanı yarana biləcək böhran vəziyyətlərində media tərəfindən faktlara əsaslanan düzgün məlumatlar yayılmalıdır.

Redaktor.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin baş məsləhətçisi və COP29-un Kommunikasiya Qrupunun üzvü Cəmalə Əliyeva yerli media nümayəndələri üçün keçirilən "COP29 üçün effektiv kommunikasiya strategiyaları" mövzusunda media seminarında çıxışı zamanı deyib. C.Əliyeva "Böhran vəziyyətlərinin kommunikasiyasında medianın rolu" mövzusuna uyğun təqdimat nümayiş etdirib, jurnalistləri baş verə biləcək böhran vəziyyətlərinin, insidentlərin effektiv kommunikasiyası və bu vəziyyətlərdə medianın rolu, onların necə fəaliyyət aparması, media ilə birgə əməkdaşlıq kimi məsələlər barədə məlumatlandırıb:

"Medianın COP-29 kimi əhəmiyyətli tədbiri işıqlandıram zaman xüsusi diqqət etməli olduğu məqamlar böhran vəziyyətlərinin tənzimlənməsidir. Belə ki, bu prosesdə media tərəfindən faktlara əsaslanan düzgün məlumatların yayılmasının dezinformasiya və manipulyasiya hallarının qarşısının alınmasına, cəmiyyətin düzgün istiqamətləndirilməsinə əhəmiyyətli təsir göstərə bilər".