Bu seçki dairəsində yaşı 100-dən yuxarı 4 seçici VAR

 21:27 24.08.2024     263

68 saylı Sabirabad-Şirvan seçki dairəsi üzrə 53 055 seçici 59 məntəqədə səs verəcək.

Redaktor.az xəbər verir ki, bu barədə sözügedən seçki dairəsindən “Report”un Aran bürosuna bildirilib.

Seçki dairəsi üzrə 100 yaşdan yuxarı seçicilərin sayı 4 nəfərdir. Onlardan 3-ü seçki məntəqələrinə gələrək səsvermə hüququndan istifadə edəcək.

Qeyd edək ki, seçki dairəsi üzrə bir yer uğrunda 7 nəfər mübarizə aparacaq. Bunun ikisi siyasi partiyadan, beşi isə öz təşəbbüsü ilə namizədliyini irəli sürüb.