Bakıda və Abşeronda külək güclənib – FAKTİKİ HAVA
Saat 15:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.
Milli Hidrometeorologiya Xidmətindən Redaktor.az-a verilən məlumata görə, bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağıb, şimşək çaxıb.
Yağıntının miqdarı Balakəndə 3 mm, Zaqatalada 2 mm, Şahdağ, Tovuz, Şəkidə 1 mm-dək olub.
Göygöldə duman müşahidə olunub.
Sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 23 m/s, Culfada 22 m/s-dək güclənib.