Sürücülərin NƏZƏRİNƏ! - Bu saatlarda Azneft dairəsi bağlanacaq

Formula 1 üzrə Azərbaycan Qran-prisinə hazırlıqla əlaqədar Bakının bəzi küçə və prospektlərində quraşdırma işləri davam edir.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən Redaktor.az-a verilən məlumata görə, avqustun 27-si saat 23:59-dan avqustun 28-i saat 05:45-dək yerüstü piyada keçidinin quraşdırılması ilə bağlı Azneft dairəsindən Dəniz Vağzalı istiqamətində "Neftçilər" prospekti nəqliyyata məhdudlaşacaq.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 13-15-i aralığında təşkil olunacaq.