“Formula 1”ə görə bu yol da BAĞLANACAQ

İstiqlaliyyət küçəsi və onunla kəsişən küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşacaq.
Bu barədə Redaktor.az-a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.
Bildirilib ki, “Formula 1 Qatar Airways” Azərbaycan Qran Prisi 2024-ə hazırlıq çərçivəsində, 29 avqust saat 23:59-dan etibarən İstiqlaliyyət küçəsinin Məmməd Əfəndiyev, Murtuza Muxtarov, Adil Babayev və Zərgərpalan küçələri ilə kəsişmələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Məhdudiyyətlər yarışların sona çatmasına qədər qüvvədə olacaq.
Qeyd edək ki, “Formula 1 Qatar Airways” Azərbaycan Qran Prisi 2024 13-15 sentyabr tarixlərində keçiriləcək.