Könül Nurullayeva seçicilərlə görüşlərini davam etdirir - FOTO
24 saylı Nizami birinci seçki dairəsi üzrə deputatlığa namizəd Könül Nurullayeva seçicilərlə görüşlərini davam etdirir.
Redaktor.az xəbər verir ki, o, ötən gün Mehdi Abbasov küçəsi 92, 94 və 96 ünvanlarında yaşayan sakinlərlə görüşüb, bir sıra önəmli məsələlər ətrafında fikir mübadiləsi aparıb.
"Bir daha görüşdə iştirak edən hər kəsə minnətdarlığımı bildirirəm. Qeyd edim ki, seçicilərin səsləndirdikləri məsələlər bizim üçün çox önəmlidir və etimad göstərildiyi təqdirdə onların həlli istiqamətində var gücümüzlə çalışacağıq!", - deyə Könül Nurullayeva bildirib.
Deputatlığa namizəd növbəti məhəlli görüşünü Məmmədəli Şərifli küçəsi 98, 100 və Rüstəm Rüstəmov küçəsi 47 ünvanlarında yaşayan seçicilərlə keçirib, onların dilə gətirdiyi təklif və problemləri dinləyib:
"Bizə etimad göstərildiyi təqdirdə səsləndirilən məsələlərin həlli istiqamətində, rayon sakinlərinin rifahının yaxşılaşdırılması naminə var gücümlə çalışacağam!"
Könül Nurullayeva bu gün Rizvan Teymurov küçəsi, ev 57 və Nəsimi küçəsi, ev 33, mənzil 36 ünvanlarında yaşayan seçicilərin evlərinə baş çəkib, onlarla səmimi söhbət edib, səsləndirdikləri müraciətləri qeydiyyata götürüb.