“Azercell” bu xidməti də ləğv etdi

"Azercell Telekom"un fakturasız (SimSim) və fakturalı xətt sisteminə aid nömrələr üçün nəzərdə tutulmuş "BluTV" xidməti ləğv ediləcək.
Redaktor.az xəbər verir ki, qərar sentyabrın 30-dan etibarən qüvvəyə minəcək.
Xidmətin ləğv ediləcəyi tarix nəzərə alınmaqla müvafiq olaraq xidmətin növbəti aylıq, həftəlik və günlük yenilənmələrinə məhdudiyyət qoyulacaq.