Mircəlil Qasımlı seçicilərlə yekun görüş keçirdi - FOTO

 14:21 30.08.2024     1934

1 sentyabr 2024-cü il tarixində Milli Məclisə keçiriləcək seçkilərdə 123 saylı Kəlbəcər Seçki Dairəsindən deputatlığa namizəd Qasımlı Mircəlil Xəqani oğlu 30 avqust 2024-cü ildə Gəncə şəhəri 1500 ailəlik Yeni qəsəbədə kəlbəcərli seçicilərlə yekun görüş keçirdi.

Əvvəlcə xalqımızın böyük oğlu, müstəqil Azərbaycan dövlətinin memarı, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı və bütövlüyü uğurunda canlarını qurban vermiş Şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükütla yad edildi.

Deputatlığa namizəd Mircəlil Qasımlının səlahiyyətli nümayəndəsi Samir Sarıyev Fərhad oğlu namizədin seçki platforması barədə seçicilərə ətraflı məlumat verdi. Bildirdi ki, avqust ayının 9-dan etibarən deputatlığa namizəd Mircəlil Qasımlı seçki kampaniyası zamanı seçicilərlə 30-dan çox görüş keçirmiş, platformasında əksini tapan məsələlər barədə onlara geniş məlumat vermişdir. Artıq təbliğat-təşviqat kampaniyasının son günüdür. Mən bir daha görüşlərimizdə iştirak etdiklərinə görə bütün seçicilərimizə minnətdarlığımı bildirirəm, hər birinizi seçkilərdə fəal iştiraka dəvət edirəm.

Sonra namizədin vəkili – Bakı Dövlət Universitetinin İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı, dosent Ələmdar Cabbarlı, Azərbaycan Savat Federasiyanın prezidenti, əməkdar məşqçi, Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi Rafiq Əliyev və başqaları çıxış edərək, ilk dəfə azad edilmiş ərazilərimizdə keçirilən parlament seçkilərinin əhəmiyyətindən bəhs etdilər. Qeyd etdilər ki, 123 saylı Kəlbəcər Seçki Dairəsindən deputatlığa namizəd Mircəlil Qasımlı yüksək təhsilə, potensiala, bilik və bacarıqlara malikdir. O, bir namizəd kimi uğurlu seçki kampaniyası aparıb, seçicilərin rəğbətini qazanıb. Bir daha sizi namizədimiz Mircəlil Qasımlıya səs verməyə dəvət edirik.

Deputatlığa namizəd Mircəlil Qasımlı çıxış edərək, ölkəmizdə aparılan islahatlardan, qalib Azərbaycan dövlətinin sürətli inkişafından bəhs etdi. Qeyd etdi ki, Ulu Öndər Heydər Əliyevin məqsədyönlü, ardıcıl, inkişafa yönəlmiş siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin səyləri nəticəsində ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoyub. 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazanmış Azərbaycan bu gün bütün dünyada yüksək nüfuza malikdir. Bu gün hər bir vətəndaşımız qalib dövlətimizlə, müzəfər xalqımızla fəxr edir. Bu gözəl günləri bizə bəxş edən şəhidlərimizə, qazilərimizə, Müzəffər Ali Baş Komandanımıza, müdrik xalqımıza hər zaman minnətdarıq. Azad edilmiş ərazilərimizdə aparılan quruculuq işləri hər birimizin qəlbini fərəh hissləri ilə doldurur. Əziz seçicilər, mən də sizin etimadınıza arxalanaraq 123 saylı Kəlbəcər Seçki Dairəsindən deputatlığa namizədliyimi irəli sürmüşəm. Bu günə qədər seçicilərlə 30-dan çox görüş keçirmişəm, sizlərə platformam haqqında ətraflı məlumat vermişəm. Amma mən hesab edirəm ki, mənim əsas siz platformamı siz yazacaqsınız. Sizin etimadınızla Milli Məclisdə təmsil olunmaq haqqı qazansam, verəcəyiniz təkliflər, istəkləriniz mənim platformama çevriləcəkdir. İki gün əvvəl azad Kəlbəcərimizdə də seçicilərlə görüşdüm. Bu qürurlu anları bizə bəxş edənlərə bir daha ehtiramımı bildirirəm. Əziz seçicilər, əmin olun ki, mənə göstərdiyiniz etimadı ləyaqətlə doğruldacam. Hamımız birlikdə azad Kəlbəcərimizin inkişafı naminə çalışacağıq. Bir daha seçki kampaniyasında mənə göstərdiyiniz dəstəyə görə, görüşlərdə iştirakınıza görə birinizə minnətdarlığımızı bildirirəm. Əgər mənə etimad göstərib deputat seçcəniz, hər zaman sizinlə birlikdə olacağam. Biz bir yerdə olanda daha güclüyük! Yaşasın müstəqil Azərbaycanımız! Yaşasın dünya şöhrətli liderimiz müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev!

Görüşdə çıxış edən seçicilər bildirdilər ki, 1 sentyabrda Milli Məclisə seçkilərdə deputatlığa namizəd Mircəlil Qasımlıya səs verəcəklər.

Yekunda namizədin səlahiyyətli nümayəndəsi Samir Sarıyev bir daha çıxış edərək bildirdi ki, Əziz seçicilər! Parlament seçkiləri də Zəfər seçkisi olaraq müstəqillik tariximizdə əbədi qalacaq. Bu gün Qarabağımız və Şərqi Zəngəzurumuz dirçəlir. Kəlbəcərdə də genişmiqyaslı yenidənqurma, tikinti-bərpa işləri aparılır. Soydaşlarımızın doğma yurd-yuvalarına qayıtdıqları ünvanların sayı getdikcə artır. Bu ünvanlardan biri də Kəlbəcər olacaq. Sonda görüşlərdə fəal iştiraka görə seçicilərə təşəkkürünü bildirdi, onları 1 sentyabrda Qasımlı Mircəlil Xəqani oğluna səs verməyə dəvət etdi.

2222222