Afət Həsənova seçicilərlə izdihamlı görüş keçirdi - FOTO

 17:37 30.08.2024     203

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində 30 avqust 2024-cü il tarixdə Yeni Azərbaycan Partiyası tərəfindən 32 saylı seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Afət Həsənovanın YAP Suraxanı rayon təşkilatının inzibati binasında təhsil sahəsində fəaliyyət göstərən seçicilərlə görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Suraxan rayon təşkilatının sədri Vüqar Seyidov bildirdi ki, parlament seçkiləri ilə bağlı təbliğatın son günüdür. Yerli təşkilatın sədri qeyd etdi ki, rayon ərazisində bütün seçki dairələri üzrə çox uğurlu bir təbliğat prosesi bitmək üzrədir. Eyni zamanda Vüqar Seyidov onu da qeyd etmişdir ki, vətəndaşlarla görüşlər zamanı ölkə başçısı, YAP-ın sədri cənab İlham Əliyevin həyata keçirdiyi siyasət geniş xalq kütlələri tərəfindən böyük sevgi ilə qarşılanır.

Daha sonra Yerli təşkilatın sədri Yeni Azərbaycan Partiyası tərəfindən 32 saylı seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Afət Həsənova görüş iştirakçılarına ətraflı məlumat verdi.

Çıxış edən namizəd Afət Həsənova parlament seçkiləri ilə bağlı təbliğatın son günü öz V Çağırış parlament seçkilərindən sonra həyata keçirdiyi fəaliyyətlə bağlı qısa məlumat verdi. Afət Həsənova dedi ki, növbəti parlament seçkiləri yeni dövrün yeni çağırışlarını özündə ehtiva edəcəkdir.

Afət Həsənova görüş iştirakçılarını seçkilərdə fəal iştirak etməyə və YAP-ın namizədlərinə səs verməyə çağırmışdır.

Çıxış edən YAP Suraxanı rayon təşkilatının təbliğat qrupunun üzvü, Respublikanın əməkdar artisti Ağalar Bayramov, YAP Suraxanı rayon təşkilatının üzvü Sevil Məmmədsalahova və YAP Suraxanı rayon təşkilatının gənc könüllüsü Xeyrəniyə Musazadə öz çıxışlarında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və YAP-ın namizədinə səs verməyə çağırıblar.

Öz növbəsində görüşdə iştirak edən seçicilər də 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.

222222222