Kəmaləddin Heydərov qazilərə maska taxdırıb qəbul etdi - FOTO

 01:27 31.08.2024     530

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov ötən gün Ağdaş şəhərində, Ağdaş rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında Ağdaş və Göyçay rayonları sakinlərinin qəbulunu keçirib.

Redaktor.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, əvvəlcə, nazir K.Heydərov xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Ağdaş şəhərindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub, əziz xatirəsini dərin ehtiramla yad edib.

Sonra fövqəladə hallar naziri tərəfindən qəbul edilən Ağdaş və Göyçay rayonları sakinlərinin müraciətlərinin əksəriyyəti yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə Nazirliyin aidiyyəti strukturlarının rəhbərlərinə tapşırıqlar verilib.

Fövqəladə hallar naziri ilə yanaşı, nazir müavinləri, Nazirliyin müvafiq struktur bölmə və qurumlarının rəhbərləri də vətəndaşları qəbul edib.

Qəbula gələn vətəndaşlar onların müraciətlərinə yerində və operativ yanaşılması üçün yaradılan şəraitə görə ölkə Prezidentinə minnətdarlıq ediblər.

Qeyd edək ki, Kəmaləddin Heydərovun qazilərə və digər vətəndaşlara maska taxdırıb qəbul etməsi sosial şəbəkələrdə qınaqla qarşılanıb.