Lənkəranda 3 dairə üzrə 20 namizəd mübarizə aparır - FOTO
Lənkəranda növbədənkənar parlament seçkilərinə start verilib.
Redaktor.az APA-ya istinadən xəbər verir ki, Lənkəranda 3 dairə üzrə 20 namizəd mübarizə aparır. 132 seçki məntəqəsi üzrə ümumi seçicilərin sayı 139 166 nəfər təşkil edir. Seçicilərdən 1399 nəfəri ilk dəfə səs verəcək.
Lənkəran rayonunda 3 dairə üzrə 22 məntəqədə veb-kameralar quraşdırılıb. Seçkiləri yerli müşahidəçilərlə yanaşı xarici müşahidəçilər də izləyir.
Qeyd edək ki, ölkənin ən yaşlı seçicisi 134 yaşlı Tamam Əzizova 78 saylı Lənkəran kənd seçki dairəsinin 38 saylı məntəqəsində qeydiyyatdadır.