"Seçicilər sərbəst olaraq öz səsvermə hüququndan istifadə edirlər" - Xətaidə məntəqə sədri

35 saylı Xətai üçüncü seçki dairəsinin 27 saylı orta məktəbdə yerləşən 2 saylı məntəqəsində artıq bu saata qədər 60 seçici səs verib.
Redaktor.az xəbər verir ki, bunu " Report"a açıqlanmasında məntəqə sədri Vidadi Xanlarov bildirib.
Onun sözlərinə görə, bu seçki məntəqəsində siyahı üzrə 928 seçici qeydiyyatdadır:
"Seçicilər sərbəst olaraq öz səsvermə hüququndan istifadə edir və öz namizədinə səs verirlər".