Bakı İstintaq Təcridxanasında səsvermə prosesi KEÇİRİLİR

 10:08 01.09.2024     151

Azərbaycanın növbədənkənar parlament seçkiləri ilə bağlı Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında məhkumların səsvermə prosesi keçirilir.

Redaktor.az xəbər verir ki, səsvermə Sabunçu rayonu 29 saylı seçki dairəsinin 38, 39, 40 saylı seçki məntəqələri üzrə aparılır.

38 saylı seçki məntəqəsinin sədri Aslan Mirzəyev qeyd edib ki, 1081 məhkum qeydiyyatdadır.

Seçki komissiyasının tərkibində fəaliyyət göstərən seçki məntəqələrində səsvermə qanunvericiliyə uyğun olaraq mütəşəkkil qaydada keçirilir.

Qeyd edək ki, məhkum və həbs edilmiş şəxslər Pentensiar müəssisələrində 13 dairəni əhatə edən 26 seçki məntəqəsində azad və sərbəst şəkildə səs verirlər.

2222