MİDA sədri seçkilərdə səsvermə hüququndan istifadə ETDİ

 10:31 01.09.2024     164

Azərbaycan Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) İdarə Heyətinin sədri Sadiq Sadıqov Milli Məclisin növbədənkənar seçkilərində səsvermə hüququndan istifadə edib.

Redaktor.az xəbər verir ki, o, 23 saylı Nəsimi-Səbail seçki dairəsinin İlyas Əfəndiyev adına Elitar Gimnaziyasında yerləşən 18 saylı seçki məntəqəsində səs verib.

Qeyd edək ki, bu gün Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar səsvermə başlayıb.

Seçkilər ölkə üzrə 125 seçki dairəsinin ərazisində formalaşdırılmış 6 min 478 seçki məntəqəsində keçirilir. Onlardan 54-ü işğaldan azad edilmiş ərazilərdə formalaşdırılıb.

Seçki məntəqələri saat 8:00-da açılıb. Səsvermə 19:00-a qədər davam edəcək.

Parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparır. Azərbaycanda seçicilərin ümumi sayı 6 milyon 421 min 960 nəfərdir.