ADY sədri Rövşən Rüstəmov səs VERDİ

 10:49 01.09.2024     222

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov növbədənkənar parlament seçkilərində səs verib.

Redaktor.az xəbər verir ki, o, 33 saylı Xətai rayon seçki dairəsinin 64 saylı tam orta məktəbdə yerləşən 32 saylı məntəqədə səs verib.

Qeyd edək ki, seçkilər ölkə üzrə 125 seçki dairəsinin ərazisində formalaşdırılmış 6 min 478 seçki məntəqəsində keçirilir. Onlardan 54-ü işğaldan azad edilmiş ərazilərdə formalaşdırılıb.

Seçki məntəqələri saat 8:00-da açılıb. Səsvermə 19:00-a qədər davam edəcək.

Parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparır. Azərbaycanda seçicilərin ümumi sayı 6 milyon 421 min 960 nəfərdir.