104 yaşlı Alya nənə səs verdi - VİDEO

41 saylı Gəncə-Samux-Goranboy seçki dairəsinin dairə seçki komissiyasının 43 saylı məntəqəsində daşınan qutu vasitəsilə 9 nəfər səs vermədə iştirak edib.
Redaktor.az "Azərtac"a istinadla xəbər verir ki, onlar arasında ən yaşlı seçici Goranboy rayonunun Düzqışlaq kənd sakinidir. 1920-ci il təvəllüdlü Alya Musayeva üçün daşınan qutu məntəqə üzvü tərəfindən onun yaşadığı evə gətirilib. O, istədiyi namizədə səs verib.
Bununla da Alya nənənin səsvermə hüququndan evdə istifadə etməsi təmin olunub.

