Naxçıvanda 102 yaşlı seçici səs VERDİ

Naxçıvan Muxtar Respublikasında 102 və 100 yaşlı seçici səs verib.
Redaktor.az "Report"a istinadən xəbər verir ki, 6 saylı Ordubad-Culfa seçki dairəsinin 46 saylı seçki məntəqəsinin ən yaşlı seçicisi, 1922-ci il təvəllüdlü Culfa rayonu, Yaycı kənd sakini Abdulla Səfərov məntəqəyə gələrək səsvermə hüququndan istifadə edib.
Həmçinin Şərur rayonunun ən yaşlı sakinlərindən biri, İbadulla kəndində yaşayan 1924-cü il təvəllüdlü Dilbər Məmmədova 2 saylı Şərur-Kəngərli seçki dairəsinin 18 saylı məntəqəsindən aparılan daşınan qutu vasitəsi ilə evində səs verib.