KİV: Azərbaycanda seçkilər azad və demokratik şəraitdə KEÇDİ

 21:08 01.09.2024     289

Rusiyanın “NEWS.ru” portalı Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərində səsvermə prosesini ətraflı işıqlandırıb.

Redaktor.az-ın məlumatına görə, portalın materiallarında qeyd olunur ki, ölkədə vətəndaşların öz iradəsini azad şəkildə ifadə etməsi üçün hər cür şərait yaradılıb.

"Azərbaycanda parlament seçkiləri zamanı seçki məntəqələrində ölkə sakinlərinin barmaq izləri skan edilir. Bu, bir nəfərin iki dəfə səs verə bilməməsi üçün lazımdır. Barmaq izi götürüldükdən sonra onlar qeydiyyata götürülür və bülleten alırlar. Sənəd anonimlik şəraitində doldurulur və seçki qutusuna atılır", - “NEWS.ru”nun müxbiri qeyd edib.