Mehriban Əliyeva Səid Nəcəfzadəni təbrik etdi - FOTO

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva paralimpiya çempionu olan Səid Nəcəfzadəni təbrik edib.
Redaktor.az xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva bu barədə instaqram hesabında paylaşım edib.
Paylaşımda deyilir:
"Paraatlet Səid Nəcəfzadəni “Paris-2024” Yay Paralimpiya Oyunlarında qızıl medal qazanması münasibətilə təbrik edirəm! Peşəkarlıq və qətiyyət nümayiş etdirən idmançımız Azərbaycan azarkeşlərinin ümidlərini doğrultdu! Çempionu səmimi-qəlbdən təbrik edir, ona yeni nailiyyətlər arzulayıram!".